Xaçmaz rayonunda ev yanıb.

Unikal.org-un  FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə Yataqoba kəndində baş verib.
Vətəndaşa məxsus ikimərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 105 kv.m sahədə, ikinci mərtəbədə iki otağın yanar konstruksiyaları və ev əşyaları 52 kv. metr sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1953-cü il təvəllüdlü Nərgiz Ələsgər qızı Əsgərovanın yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.