Xəzər dənizində bədbəxt hadisə baş verib.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, SOCAR-ın "Azneft İstehsalat Birliyinin (İB) Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus qayıq aşıb. Nəticədə qayıqda olan şəxslərdən biri dənizdə boğulub. Həmin şəxsin SOCAR-ın podratçı təşkilatı Abşeron Qazma İdarəsinin əməkdaşı olduğu bildirilir. Hazırda onun axtarışları davam etdirilir.