Azərbaycanın bir sıra yerlərində baş vermiş oğurluq hadisənin üstü açılıb. 

Unikal.org-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 7-də Bakı şəhər sakini Anar Heydərliyə məxsus "Hyundai markalı avtomobilin təkərlərini oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Ramiz Ağayev, Ağacan Hüseynov, Ceyhun Heydərli, Təhminə Quliyeva və Xəqan Bayramlı tutulub. Faktla bağlı araşdırmalar aparılır.

Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə sentyabrın 4-də Bakı şəhər sakini Vüqar Əsgərova məxsus "VAZ-2106 markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən paytaxt sakini Mehman Hüseynov tutulub.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 3-də Bakı şəhər sakini Konstantin Taranovun mənzilindən 200 manat pul, sənəd və məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Sabina Jinaidovna saxlanılıb.

Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 1-də şəhər sakini Turə Yəhyayevanın 79 manat pulunu və sənədini oğurlamaqda şübhəli bilinən qohumu, Lənkəran rayon sakini Seymur Fərzəliyev saxlanılmışdır. Ondan 0,420 qram heroin götürülüb.