Qazax rayonunun Canallı kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, bu gün saat 01 radələrində Qazax rayonunun Canallı kəndində şəhər sakini Amil Əhmədov idarə etdiyi "Opel markalı avtomobili aşırıb.

Hadisə nəticəsində sürücü və sərnişini Xəyalə Abbasova hadisə yerində ölüblər.

Qazax RPŞ tərəfindən araşdırma aparılır.