Uşaqlarının təhsilinə görə Amerikaya köçəcəyi bildirən türk müğənni Volkan Konak iddiaları yalanlayıb.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, "Sülh və Sevgi konsertində çıxış edən 49 yaşlı müğənni "Bəziləri istəyir deyə ölkəmi tərk etmərəm deyib.

İfaçı bildirib ki, ailəvi olaraq elmə və təhsilə önəm verirlər, lakin buna görə başqa yerə köçməyə ehtiyac görmürlər:

"Qızım Amerikada təhsil alır. Amma mən Amerikaya getmirəm. Türkiyəmə vurğunam. 3 ildir ən çox konsert verən qrup bizik. Bu vəziyyətdə Türkiyəni niyə tərk edək ki?

Qeyd edək ki, müğənni 1998-ci ildə Selma Konakla ailə qurub. Cütlüyün Dərin və Şimalı adlı 2 qızı və Volkan Konak adlı bir oğlu var.