Dərs ilinin başlamasına az qalmış Bakıda bir çox valideyin övladını məktəbə aparıb-gətirmək üçün taksi tutub.

Bunu əsasən ibtidai sinif şagirdlərinin valideynlərinə şamil etmək olar. Xüsusilə də hər ikisi işləyən valideynlər taksi tuturlar ki, övladları məktəbə vaxtında və təhlükəsiz gedib-gələ bilsin.

Unikal.org Xezerxeber.com-a istinadən bildirir ki, məsələn, Pərvin Nəsirov və Samir Hüseynov iki azyaşlı uşağı üçün taksi kirayələyib.

Ancaq valideynlərin sürücülərə qadağa ilə yanaşı təhlükəsizlik baxımından bəzi şərtləri olur. Çünki adətən məktəbin qarşısında yer az olduğundan sürücülər maşını kənarda saxlayırlar. Bu da azyaşlı uşağın tək getməsi üçün çətinlikdir.

Sürücülər sözügedən məsələdə qiyməti məsafəyə görə nizamaladıqlarını deyirlər.