Məşhur müğənni Britni Spirs "Flaunt jurnalına maraqlı açıqlamalar verib.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, 35 yaşlı ifaçı ətrafında çox insan olanda əsəbiləşdiyini və səs-küylü partilərə getməyi xoşlamadığını deyib.

Amerikalı müğənni Cənnətin varlığına inandığını, buna görə də yardıma möhtac insanlara kömək etməli olduğunu söyləyib.

Spirs, mahnıları haqqında isə bunları deyib:

"Bəlkə də gülməli səslənəcək, amma öz mahnılarıma qulaq asmıram. Sadəcə onların hazırlanma prosesi ilə maraqlanıram.