Ağciyər xərçəngindən əziyyət çəkən məşhur türk aktyor Tarık Akanın vəziyyətinin ağır olduğu və reanimasiyaya yerləşdirildiyi barədə yeni xəbərlər yayılıb. 

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, aktyor iddiaları yalanlayıb və müalicəsinin normal davam etdiyini söyləyib.

T.Akan bildirib ki, hazırda evində dincəlir:

"Reanimasiyada olsaydım, hər halda belə danışa bilməzdim.

Qeyd edək ki, T.Akan 1971-ci ildə başlayan aktyorluq karyerasında 111 filmdə və 4 serialda rol alıb.