Bakıda xuliqanlıq hadisəsi baş verib.

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, 1987-ci il təvəllüdlü Bakıxanov Hüseyn Fərhad oğlu polisə ərizə ilə müraciət edərək bildirib ki, Salyan şossesi 30 ünvanının qarşısında velosipedi ilə hərəkətdə olarkən "Mitsubishi markalı avtomobil onu divara sıxıb.

O, həmin sürücüyə iradını bildirdikdə "Mitsubishini idarə edən şəxs avtomobili saxlayaraq düşub və velosipedçini döyərək hadisə yerindən uzaqlaşıb. H.Bakıxanov müayinə olunub. Araşdırma aparılır.