"Kördüğüm serialında "Ali obrazını canlandıran aktyor İbrahim Çelikkol kanqal cinsindən olan iki itini çəkiliş meydançasına aparıb.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, aktyor itlərini yanından ayırmaq istəməsə də, digər həmkarları vəziyyətdən narahat olublar.

Bəzi işçiləri itlərdən qorxub və prodüserə şikayət ediblər. Şikayətdən sonra itlərin çəkiliş meydançasına gətirilməsi qadağan edilib.

Qeyd edək ki, 34 yaşlı aktyorun Sivasda 150 it saxladığı bildirilir.