Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında "Elit ticarət mərkəzinin qarşısında qeydə alınıb.

"Ford markalı avtomobil yolu keçən 1982-ci il təvəllüdlü Zaur Kamandar oğlu Əliyevi vurub. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.