Aktyor Elməddin Cəfərov heç bir sosial şəbəkədən istifadə etməməsinin səbəblərini açıqlayıb.

Unikal.org big.az-a istinadən xəbər verir ki, bu haqda danışan aktyor sosial şəbəkələrə sərf etdiyi zamanı boşa gedən zaman kimi dəyərləndirib:

"Sosial şəbəkələrdə yoxam. Nə facebook, nə də instagramım var. WhatsApp-a ümumiyyətlə girmirəm. Haradasa 5-6 il öncə istifadə etdim və gördüm ki, zamanımın çox hissəsini alır. Və dayandırdım. Başa düşdüm ki, günümün 5 saatını virtual aləmdə olmaq mənə lazım deyil. Adam fərqində olmur. Həmin o saatları tarixi araşdırmalara sərf edə bilərdim. Sosial şəbəkələrin mənfi tərəfini də gördüm : durduğun yerdə səni tənqid edən və yalandan tərifləyənlər olur. Yalan tərifdən və lazımsız tənqiddən uzaq olmaq üçün orada olmaq istəmədim. WhatsAppa gəldikdə, istifadə etmirəm. Telefonumda "Yes", "No" və "Sms" var, o mənə əlverişlidir. WhatsAppa girənlər zaman itirir. Ona görə də zamanımı ora sərf etmirəm. Ailəmə, işimə vaxt ayıra bilirəm. Amma Whatsapp xəstəlikdir".