Bərdə Rayon Mərkəzi Xəstəxanasının (RMX) qarşısına atılan körpə oğlanın evdə doğulduğu məlum olub.
Unikal.org xəbər verir ki, RMX-dan report-a verilən məlumata görə, körpənun üzündə göyərmələr və digər zədələr doğuş zamanı yaranıb.

Hazırda xəstəxananın doğum şöbəsində olan körpənin vəziyyəti yaxşıdır. "Onun çəkisi 2,5 kq, boyu isə 42 sm-dir. Müvafiq sənədləşmə işlərindən sonra körpə Gəncədəki uşaq evinə veriləcək", - xəstəxanadan bildirilib.

Qeyd edək ki, körpə təxminən bir həftəlikdir.

***

Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva lent.az-a açıqlamasında deyib ki, xəstəxananın doğum şöbəsinin qarşısına atılmış körpə hazırda izolyasiya şəklində saxlanılır:

"Neonatoloqlar tərəfindən bütün müayinələri ediləcək. Daha sonra Gəncədə uşaq evlərindən hansında boş yer olsa, oraya verəcəyik. Valideynlərinin kim olması haqda isə heç bir məlumat yoxdur".

***

Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin girişində yeni doğulmuş oğlan uşağı tapılıb.

Unikal.org trend-ə istinadən bildirir ki,sentyabrın 11-də Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin girişində yeni doğulmuş (təxminən 7 günlük) oğlan uşağı tapılıb.

Araşdırma aparılır.