"Curiosity kosmik aparatı Mars planetinin səthində Şarp dağının ətəyinin ladşaftının qeyri-adi fotolarını lentə alıb.

Unikal.org Oxu.az-a istinadən xəbər verir ki, bu barədə NASA-nın mətbuat xidməti məlumat verib.

Fotolar sentyabrın 8-də "Mastcam kamerası vasitəsi ilə əldə edilib.

"Bu təpələrin tədqiq edilməsi qədim qum dünlərinin suyun təsiri altında kimyəvi dəyişilməsi və bu gün gördüyümüz landşafta çevrilməsinin öyrənilməsində çox vacibdir, - missiya iştirakçısı Aşvin Vasavanda deyib.