vvAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Xətai rayonundakı 261 nömrəli məktəb-liseydə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.

Unikal.org xəbər verir ki,Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı dövlətimizin başçısına məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də əsaslı təmir edilmiş 9 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılmış IT STEP akademiyasında görülən işlərlə tanış olub.