Roma Papası Fransisk Dağlıq Qarabağ münaqişəsinin diplomatik həllinin tərəfdarıdır.

Unikal.org Trend-ə istinadən bildirir ki, bunu mətbuat konfransında Azərbaycandakı Roma Katolik kilsəsinin ordinarisi, monsenyor Vladimir Fekete deyib.

Onun sözlərinə görə, katolik kilsəsi Dağlıq Qarabağ münaqişəsi ilə bilavasitə məşğul olmur.

V.Fekete Papanın Bakıya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilib-edilməyəcəyi barədə suala cavab verməkdə çətinlik çəkib.

Papanın Azərbaycana səfəri oktyabrın 2-nə planlaşdırılıb.