Əməkdar artist Röya Ayxan Türkiyənin "Vatan qəzetinə müsahibə verib.

Unikal.org-un axşam.az-a istinadən məlumatına görə, müğənni qardaş ölkədə ev aldığını bildirib:

"Azərbaycan mənim torpağımdır. Oradan birdəfəlik qopa bilmərəm, belə niyyətim yoxdur. Türkiyə isə mənim xəyalımdır. Buna görə də buradan ev aldım. Burada da normal qaydada yaşayacağam. Sadəcə iş etmək üçün təyyarəyə minib bura gəlib oteldə qalmaq, işim bitən kimi geri qayıtmaq istəmədim. Bura da vətənim olsun istədim.

"Burada çalışmaq sizə nə qazandırdı sualına Röya belə cavab verib:

"Nələr qazandırmadı ki... Türkiyə önünüzə fürsətlər qoyur. Burada çox yaxşı musiqiçilər var. Onlarla musiqidən danışmaq, eyni studiyada vaxt keçirmək çox zövqlüdür. Bir də işin məşhur olmaq və onu idarə etmək hissəsi var. Türkiyədə də bu bir az dəyişikdir. İşdən əlavə qəribə çəkişmələr var. Bunlar heç sevmədiyim hallardır. Sənətləri olmayanlar məşhurlaşmaq üçün istedadlı insanlarla mübahisə yaradır, onlarla eyni səviyyədə qalırlar. Adlarını çəkib həmin çarxın içərisində yer ala bilmərəm. Adlarını çəksəm, onlardan heç bir fərqim qalmaz"