Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni tədris ilinə hazırlıq vəziyyətinin yoxlanılması, eləcə də yeni inşa edilən infrastruktur obyektinin açılışı ilə əlaqədar sentyabrın 14-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.

Unikal.org-un Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazir müasir tədris avadanlıqları ilə təchiz edilmiş korpuslara, müxtəlif kafedralara və fənn kabinələrinə baxıb, yataqxana və digər inzibati binalarda olub, sonra isə məktəbin komandanlığı, müəllim-professor heyəti və kursantlarla görüşüb.

Yeni tədris ilinin başlaması ilə əlaqədar şəxsi heyəti təbrik edən nazir ölkəmizdə təhsil sisteminin inkişafına Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən göstərilən yüksək diqqət və qayğını xüsusi vurğulayaraq hərbi təhsilə ciddi diqqət yetirildiyini qeyd edib.

Silahlı Qüvvələrdə və xüsusən də hərbi təhsil müəssisələrində qısa müddətdə görülən işlərin sürətlə davam etdirildiyini vurğulayan Z.Həsənov maddi-tədris bazasının imkanlarından geniş istifadə etməklə səhra təlim məşqlərinə diqqət yetirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, hərbi məktəbləri bitirən gənc zabitlərimizin hərbi bilikləri və bacarıqları döyüş zamanı istənilən tapşırığı uğurla yerinə yetirməyə cavab verməlidir.

Məktəbin ərazisində inşa edilən müasir tipli yeməkxana kompleksinin də açılışı olub.

mudafie naziri herbi mektebde olub

mudafie naziri herbi mektebde olub

mudafie naziri herbi mektebde olub

mudafie naziri herbi mektebde olub