Qalmaqalları ilə gündəmə gələn məşhur rus balerinası - Anastasiya Voloçkova çılpaq fotolarını paylaşıb.

Unikal.org xəbər verir ki, çılpaq poza verən balerina intim yerlərini oyuncaq ayı ilə örtüb. Ulduzun sosial şəbəkədə paylaşdığı açıq-saçıq şəkilləri abunəçilər tərəfindən xoş qarşılanmayıb. Tənqidlərə məhəl qoymayan ulduz öz instaqram səhifəsində istədiyi kimi davranmaq haqqı olduğunu yazıb:

"Ayı ilə paylaşdığım fotonun böyük ajiotaj yaratdığı dedilər. Uşaqlar, bu, mənim evim, mənim eyvanım və mənim səhifəmdir. Xoşunuza gəlmirsə, baxmayın və tirajını təyin etməyin. Da betərini görəcəksiniz! Öz dəyərli vaxtınızı mənim səhifəmdə cəfəngiyyat yazmağa həsr edirsiniz. Necə də bəxtəvərsiniz, mənim isə sizə bir-biri cavab yazmağa vaxtım yoxdur. Belə çıxır ki, siz öz həyatınızı deyil, mənim həyatımı yaşayırsınız. Və bu, mənim üçün xoşdur! Yaşayın, baxın, yazın, ancaq unutmayın! Ən başlıcasını unutmuşdum! Mən həmişə eyni zamanda, iki stulda otura bilirəm. Hətta üç stulda da otura bilirəm".