Aktrisa Məryəm Üzerlinin "Eşkiya dünyaya hükümdar olmaz" serialında yer alması dəqiqləşib.

Unikal.org-un axsam.az-a istinadən məlumatına görə, o, serialda Oktay Kaynarcanın sevgilisi rolunu canlandıracaq.

Hər seriya üçün 50 min lirə (təxminən 25 min manat) alacaq. Bu arada Məryəmin gəlməsi ilə baş roldakı aktrisa Dəniz Çakır heyətdən ayrılır. Buna səbəb O.Kaynarcanın keçmiş sevgilisini görmək istəməməsidir.

Qeyd edək ki, keçən mövsüm O.Kaynarca və D.Çakır realda da sevgili münasibəti yaşayırdılar. Lakin cütlük yay aylarında ayrılıb.