Son turlarda uğursuz çıxış etdiyi üçün ciddi islahatlar aparan "Neftçidə yeni təyinatlar rəsmən açıqlanıb.

Unikal.org-un klubun rəsmi saytına istinadən məlumatına görə, əsas komandanın baş məşqçisi vəzifəsinə Elxan Abdullayev gətirilib.
Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

Klubun icraçı direktoru vəzifəsinə Elnur Eyvazov, idman direktoru vəzifəsi Orxan Hüseynzadə təyin edilib. Həmçinin "Neftçidə inzibati işlər üzrə baş menecer vəzifəsi İslam Abbasova tapşırılıb.

Qeyd edək ki, klub strukturunun dəyişdirilməsi istiqamətində aparılan işlər davam etdiriləcək.