Türkiyə telekanallarının birində yayımlanan evlilik verilişinə qatılan azərbaycanlı iştirakçı İlqar özü ilə bağlı iddialardan danışıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Büşra adlı iştirakçıya namizəd olan İlqar üçün efirə zəng edən Elvira onunla ailəli olduğunu və bir uşaq dünyaya gətirdiyini bildirmişdi.

İlqar isə ona qarşı səsləndirilən bu iddia ilə razılaşmayaraq bunları deyib.

"Elvira ilə 3 il münasibətimiz olub. O, uşaq dünyaya gətirəndə mənə dedi ki, uşaq səndən deyil. Həm də ki o uşaq olanda mən Azərbaycanda yox, Gürcüstanda olmuşam".