Beynəlxalq Valyuta Fondu Kievə təxminən 1 milyard dollar həcmində kredit tranşı ayırıb.

Unikal.org Ukrayna KİV-nə istinadən xəbər verir ki, bununla da, antiböhran proqramı çərçivəsində Ukraynaya ayrılan vəsaitin ümumi həcmi 7,62 milyard dollara çatıb.

BVF digər təfərrüatları açıqlamasa da, fonddakı mənbələr bildiriblər ki, Ukrayna proqram kriteriyalarını yerinə yetirərsə noyabrda 1,3 milyard, gələn ilin fevralında isə daha 2 milyard dollar həcmində tranş ala biləcək.