Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Teatrının aktrisası Məleykə Əsədova da yeni dərs ilinə sevinən sənətçilərdən oldu.

Unikal.org xəbər verir ki, bu haqda Məleykə Əsədova öz şəxsi "İnstaqram "səhifəsində bildirib:

"Tədris ilinin başlanması münasibəti ilə mənə yaşamaq eşqi verən qızımı və qızımın simasında bütün gözəl balalarımızı təbrik edirəm!Allah zehin açıqlığı versin hər bir övladlarımıza!Canları sağlam,zehinləri açıq,derdsiz-qəmsiz bitirsinlər dərs ilini.Gülərim bu il Allahın izni ilə "İstək"litseyinin interneysl sektorunun 6 -cı sinifinə qədəm qoydu!İnşallah dərs ilini uğurla başa vurar.Gözəl Allah bütün övladları qorusun.