"X-men çoxseriyalı filminin avstraliyalı məşhur aktyoru Huq Cekman həyat yoldaşı Deborra Le Furness və qızı ilə yürüyüş edərkən görüntülənib.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, aktyor və ailəsi yürüyüş vaxtı yağışa düşüblər.

H.Cekman həyat yoldaşı islanmasın deyə, şapkasını çıxararaq ona verib. Onun bu hərəkəti sosial mediada "əsl centlmen kimi şərh edilib.

Qeyd edək ki, 47 yaşlı Huq Cekman və 60 yaşlı Deborra Le Furness 20 ildir evlidir. Cütlüyün 2 övladı var.