"Facebook" sosial şəbəkəsinin direktoru və banisi Mark Zukerberq ötən həftə şirkətin 300 milyon dollar dəyərindəki 742 min səhmini sataraq iki xeyriyyə fonduna yardım göstərib.

Unikal.org Qafqazinfo- ya istinadən verdiyi məlumata görə, o, əldə etdiyi gəliri xanımı Pristilla Çan ilə qurduğu "Chan Zuckerberg Initiative Holdings" və "Chan Zuckerberg Foundation" xeyriyyəçilik fondlarının bank hesablarına köçürüb.

Bu fondlar təhsil, sağlamlıq və elm kimi problemlərin həlli üçün yaradılıb.

Qeyd edək ki, "Facebook"un sahibi 2015-ci ilin dekabrında qızı dünyaya gəldikdən sonra söz verib ki, şirkətin 99 % səhmini hər dəfə xeyriyyəçilik məqsədilə satacaq. Hazırda Zukerberqə "Facebbok"un 400 milyon səhmi məxsusdur ki, bunlar da təxminən 52 milyar dollar dəyərindədir