Vaşınqtondan olan ticarət nümayəndə heyəti Azərbaycana gəlib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta məlumat verib.

"Nəzərə alsaq ki, hazırkı ABŞ administrasiyasının müddəti başa çatır və prezident seçkilərinə azqalıb, Azərbaycana təklif etmişik hərtərəfli geniş müzakirələr keçirilsin. Buraya ticarət insan haqları və digər sahələr daxildir. Eyni zamanda bizim ticarət nümayəndə heyətimiz Azərbaycana gəlib", - deyə səfir qeyd edib.

Onun sözlərinə görə, nümayəndə heyəti burada müxtəlif iqtisadi məsələləri müzakirə edəcək.