Avropa Liqasında qrup mərhələsinin oyunlarına start götürür.

Unikal.org-un məlumatına görə, ardıcıl ikinci il qrup mərhələsinə yüksələn "Qəbələ ilk görüşünü səfərdə keçirib. Roman Qriqorçukun komandası "Anderlextin qonağı olub.

Brüsseldə keçirilən görüşdə təmsilçimiz 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, "Qəbələ" Avropa Liqasının qrup mərhələsində növbəti oyununu sentyabrın 29-u doğma meydanda"Maynts"a qarşı keçirəcək.

21:00. "Anderlext (Belçika) - "Qəbələ (Azərbaycan) - 3:1
Qollar:Teodorşuk, 14 (1:0), Dabo, 20 (1:1), Rafael Santos, 41-avtoqol (2:1), Diaqo Kapel, 78 (3:1)
Hakimlər:Harald Lexner, Maksimilian Kolbitş, Andreas Heydenrix, Andreas Staudinger
Əlavə hakim köməkçiləri:Markus Hameter, Aleksander Harkam (hamısı Avstriya)
Hakim-İnspektor:Lusiano Luçi (İtaliya)
UEFA nümayəndəsi:Emil Ubias (Çexiya)
Brüssel. "Konstant Vanden Stok" stadionu