ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Cimmi Fellonun "Tunayt Şou adlı yumoristik verilişinin qonağı olub.

Unikal.org xəbər verir ki, veriliş boyu Fellon milyarderə ciddi siyasi suallar ünvanlayıb.

Daha sonra aparıcı Trampa gələn dəfə onu görəndə prezident ola biləcəyini və səmimiyyətin kifayət qədər olmayacağını bəhanə gətirərək bir xahiş edib:

- Olar saçınıza toxunum?

Donald Tramp isə tərəddüd etmədən, aparıcıya saç düzümünü qarışdırmağa imkan verib.