Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün sentyabrın 16-da Qırğız Respublikasına səfərə gəlib.

Unikal.org xəbər verir ki, Bişkekin "Manas Beynəlxalq Aeroportunda Putinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət başçısını Qırğızıstanın Baş naziri Sooronbay Jeenbekov və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
Xatırladaq ki, MDB Dövlət Başçıları Şurasının iclası iki saat əvvəl keçirilməli idi. Moskvada havaların qarlı və şaxtalı keçəsi Putinin Bişkekə gəlməsinə maeə törətmişdi.