Türkiyədə FETÖ terror təşkilatının üzvü olmaqda təqsirləndirilərək tutulan şəxs təcridxanada intihar edib.

Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, dövlət ittihamçısı, 47 yaşlı Seyfəddin İgid təcridxananın ayaqyolunda özünü asıb. Prokurorun meyiti müayinə olunmaq üçün morqa aparılıb.

Faktla bağlı araşdırma aparılır.