Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin başçılığı ilə Bişkekdə Müstəqil Dövlətlər Dövlət Şurasının dövlət başçılarının 25-ci iclası keçirilir. 

Unikal.org xəbər verir ki, görüşü açan Qırğızıstan prezidenti nümayəndə heyətlərinin başçılarını salamlayıb və bu gün keçirilən iclasında iştirak etdikləri üçün dövlət başçılarına ayrı-ayrılıqda təşəkkür edib.

MDB-nin yaradılmasının 25 illiyinə təsadüf edən iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir.

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Dövlət başçıları xatirə şəkli çəkdiriblər.