Bakıda Mərakeşin Azərbaycandakı səfiri Həsən Xaminin diplomatik missiyasının bitməsi münasibətilə rəsmi qəbul keçirilib.

Unikal.org-un "Report"a istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən səfir Azərbaycanda işləməkdən məmnun olduğunu deyib.

Səfir həmkarlarına göstərdiklərə dəstəyə görə təşəkkür edərək deyib ki, Azərbaycana qonşu olan dövlətdə işləyəcək.

Tədbir çərçivəsində həmçinin səfirin "Xəzərin nağılları" adlı kitabının təqdimetmə mərasimi keçirilib. Kitaba H.Xaminin son şerləri daxil edilib. Kitab azərbaycan və ərəb dillərində nəşr edilib.

Xatırladaq ki, H.Xami fəaliyyətini Mərakeşin İrandakı səfiri kimi davam etdirəcək.