Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin Yəməndə endirdiyi aviazərbələrin 1/3 hissəsinin hədəfi mülki obyektlərdir.

Unikal.org "Report"a istinadən bildirir ki, bu barədə cümə günü ekspertlərdən ibarət qrupun tədqiqatlarına istinadən Böyük Britaniyanın "The Guardian" qəzeti yazıb.

Tədqiqatçıların sözlərinə görə, Səudiyyə Ərəbistanı təyyarələri məktəb, xəstəxana, bazar, məscid və təsərrüfat obyektlərinə hücum edirlər.

Məruzənin hazırlanmasında alimlər, hüquq müdafiəçiləri və fəallar iştirak ediblər.

Beləliklə, "The Guardian"ın yazdığına görə, tədqiqatların nəticələri Səudiyyə hakimiyyətinin Yəməndə mülki əhali arasında itkilərin sayını azaltmağa çalışdığı barədə bəyanatları ilə ziddiyyət təşkil edir.