Ukraynanın futbol üzrə millisi Paralimpiya oyunlarının qalibi olub.

Unikal.org
APA-ya istinadən xəbər verir ki, ukraynalılar finalda İran yığmasını 2:1 hesabı ilə məğlub edib.

Yarışların ümumi komanda hesabında Ukrayna Çin və Böyük Britaniyanın ardınca üçüncü yerdə qərarlaşıb. Ukraynalılar bu günədək 36 qızıl, 30 gümüş və 34 bürünc medal qazanıblar.