Aktyor və rejissor Mel Gibson yenidən ata olmağa hazırlaşır.

Unikal.org xarici mətbuata-a istinadən məlumatına görə, bu məshur ulduzun 60 yaşında 9-cu uşağı olacaq. M.Gibsonun 25 yaşlı sevgilisi Rozalid Ross 2017-ci ilin əvvəlində ana olacaq. Onlar çox xoşbəxtdirlər və valideyn olacaqları günü səbrsizliklə gözləyirlər.

Keçən ilin yayından münasibət quran cütlüyün ilk övladı, Rozalid üçün də ilk körpə olacaq. M.Gibsonun isə artıq 6 oğlu və 2 qızı var.