Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, hadisə rayonun Kür qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, həmin qəsəbənin sakini Anar Bayramov idarə etdiyi "QAZ-31105" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə sürücü A.Bayramov hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırma aparılır.