Ukrayna prezidenti Petro Poroşenko Baş prokurorluğa çağırılıb.

Unikal.org xəbər verir ki, APA-nın "İnterfax" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə baş prokuror Yuri Lutsenko bildirib.

Baş prokurorun sözlərinə görə, ölkə başçısı 2013-2014-cü illərdə baş verən Maydan hadisələrinə görə ifadə verəcək: "Biz prezidenti ifadə vermək üçün dəvət etmişik. Əldə olunan razılaşmaya görə, ölkə başçısı ezamiyyətdən qayıtdıqdan sonra müstəntiqlərimizlə görüşəcək".
Qeyd edək ki, sentyabrın 18-dən 21-dək Ukrayna prezidenti BMT Baş Assambleyasında çıxış etmək üçün ABŞ-a səfər edəcək.