"Hammının gözü qarşısında Milli Şuranın növbəti biabırçılığının şahidi olduq.

Bunu Unikal.org-a Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Şuranın bu gün keçirilən mitinqinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, aksiyada mənasız mövzuların, həm çeynənilmiş fikirlərin, heç bir məqsədə xidmət etməyən sözlər in şahidi olduq.

"Bu aksiya bir daha göstərdi ki, Milli Şuranın nə sosial bazası, nə dəki elektoratı yoxdur. Milli Şura adından təşkil olunsa da, aksiyada iştirak edən şəxslər yalnız onların yaxınları, qohum-əqrabaları iştirak edirdi. 5-10 nəfər qohum əqrabası, 5-10 nəfər dini ekstirimizimə görə tutulanların qohum-əqrabası, bir azda pulla tutduqları adamlar burada iştirak edirdi. Onlarda yarı yolda çıxıb getdilər.