"Hammının gözü qarşısında Milli Şuranın növbəti biabırçılığının şahidi olduq.

Bunu Unikal.org-a Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Şuranın bu gün keçirilən mitinqinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, aksiyada mənasız mövzuların, həm çeynənilmiş fikirlərin, heç bir məqsədə xidmət etməyən sözlərin şahidi olduq:

"Bu aksiya bir daha göstərdi ki, Milli Şuranın nə sosial bazası, nə dəki elektoratı var. Aksiya Milli Şura adından təşkil olunsa da, aksiyada yalnız AXCP rəhbərliyi və onların yaxınları, qohum-əqrəbaları iştirak edirdi. 5-10 nəfər qohum əqrabası, 5-10 nəfər dini ekstirimizimə görə tutulanların qohum-əqrabası, bir az da pulla tutduqları adamlar aksiyaya qatılmışdı. Onlar da yarı yolda çıxıb getdilər. Yəni, Milli Şura növbəti dəfə biabır oldu.