Türkiyənin məşhur aktrisası Meryem Uzerli, gəmidə istirahət edərkən çəkdirdiyi fotosunu instagram hesabında paylaşıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri qarnı biraz şişmiş şəkildə görünən aktrisanın hamilə olduğunu düşünüblər.

M.Uzerli isə hamilə olmadığını, sadəcə çox dondurma yediyi üçün elə göründüyünü yazıb.

Qeyd edək ki, aktrisa bir müddətdir Alp Özcanla birlikdədir.