Nepalda bərənin aşması nəticəsində 20 nəfər itkin düşüb.

Unikal.org-un məlumatına görə, bu barədə "TASS" agentliyi xəbər yayıb.
Məlumata görə, hadisə ölkənin şərqində, Sunsari rayonunda, Kosi çayında baş verib. Hadisə zamanı 37 nəfər xilas edilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə günorta baş verib. Normadan iki dəfə artıq yüklənmiş qayıq sürətli axına tab gətirməyərək çevrilib.

Polis, xilasedicilər və ordu bölmələri axtarış-xilasetmə əməliyyatına başlayıblar.