Venesuelada səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilk dəfə misirli həmkarı Semih Şükrü ilə görüşüb.

Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, iki ölkə arasında uzun müddət davam edən gərginlikdən sonra baş tutan görüşdə əlaqələrin bərpası müzakirə olunub.

Misir XİN-in sözçüsü Əhməd Əbu Zeyd nazirlərin fotoşəkilini Tvitter səhifəsində paylaşıb.

Xatırladaq ki, Türkiyə tərəfindən aktiv dəstək alan Müsəlman Qardaşları devrildikdən sonra Ankara Qahirə ilə bütün əlaqələri kəsmişdi. Ancaq son vaxtlarda, xüsusilə, Baş nazir Binəli Yıldırımın səyləri nəticəsində iki ölkə arasında yaxınlaşma hiss olunur. Misir Prezidenti Əbdülfəttah Sisi də, "Türkiyə ilə düşmən olmaq üçün heç bir səbəb yoxdur, - demişdi.