Bakı sakini evindən oğurluq edilməsi ilə bağlı polisə müraciət edib. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Hövsan qəsəbəsində yaşayan 1960-ci il təvəllüdlü Muradova Balacaxanım Əkbər qızı polisə müraciət edərək bildirib ki, qeyri-rəsmi nikah münasibətində yaşadığı 1970-cı il təvəllüdlü Əzizov Eldar Nəbi oğlu onun evindən oğurluq edib. Qadın bildirib ki, E.Əzizov açar seçmə yolu ilə evdən televizor və telefon oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.