Füzuli rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Unikal.org-a verilən məlumata görə, Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 35 m2 olan köməkçi tikilinin qamışdan ibarət tavanı 8 m2 sahədə yanıb.

Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 00:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.