ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyada Bəşər Əsədin ordusunun mövqelərinə hava zərbələri endirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 80 əsgər ölüb, 100-dən artıq hərbçi yaralanıb.

Reuters -in yaydığı məlumat görə, sentyabrın 17-nə keçən gecə ABŞ aviasiyası Suriya ordusunun Deyr-əz-Zor əyalətindəki Əl-Tarda dağlarında yerləşən mövqelərinə 4 zərbə endirib. Koalisiya qüvvələrinin təyyarələri İraq sərhəddindən əraziyə daxil olub.