Pakistanın şimal-qərbində, Mahmond muxtar vilayətindəki məsciddə baş vermiş terror aktında ölənlərin sayı 36 nəfərə çatıb.

Unikal.org "Anadolu" agentliyinə istinadən xəbər verir ki, partlayış zamanı xəsarət alanların bir neçəsi sonradan xəstəxanalarda dünyasını dəyişib.

Qeyd edək ki, partlayışı terrorçu-kamikadze cümə günü, namaz vaxtı törədib.

Hadisəyə görə məsuliyyəti "Taliban" qruplaşmasının Pakistandakı qolu "Jamaat-ul-Ahrar öz üzərinə götürüb.