Yaponiyanın şimalında yerləşən Hokkaydo prefekturasının Kusiro şəhərində yol qəzası baş verib.

Unikal.org-un məlumatına görə, bu barədə "Kiodo" agentliyi xəbər yayıb.

Məlumata görə, mikroavtobus minik avtomobili ilə toqquşub. Qəza zamanı 24 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Polis hadisənin başvermə səbəblərini araşdırır.