İsa Qəmbər Fərəc Kərimlini Müsavat Partiyasının başqanı kimi təqdim edib.

Unikal.org xəbər verir ki, o, çıxışı zamanı Fərəc Kərimlini Müsavat Partiyasının başqanı kimi təqdim edib.

Daha sonra səhvini düzəldərək deyib ki, müavindir, lakin başqanı da ola bilər nə fərqi var.

Millət vəkili Elman Nəsirov İsa Qəmbərin bu çıxışını şərh edərkən bildirib ki, Müsavat Partiyasının bu gün keçirilən mitinqində səsləndirilən fikirlər hələ uzun müddət mətbuatın gündəmində qalacaq: "Hesab edirəm ki, İsa Qəmbərin Fərəc Kərimlini Müsavatın başqanı adlandırmasında təsadüfi heç nə yoxdur. Sadəcə olaraq İsa Qəmbərlə Arif Hacılı arasında uzun müddətdir yaranmış konfilikt nəhayət ki, açıq müstəviyə çıxıb. 2 il bundan öncə narkotik vasitələrin əldə olunması və saxlanılmasına görə, həbs edilmiş Fərəc Kərimlinin Müsavat başqanı kimi təqdim olunması onu göstərir ki, İsa Qəmbər Arif Hacılını başqan kimi qəbul etmir.