Paytaxda olan piyada keçidlərinin bəzilərində sensorlu eskalatorlar quraşdırılasa da, digərlərində belə qurğu yoxdur. Belə vəziyyətdə isə, həm eskalator tez sıradan çıxır, həm də daha çox elektrik enerjisi istifadə olunur.

Birinə yaxınlaşan zaman işə düşür, digəri isə saatlarla işləyir. Söhbət piyada keçidlərinə quraşdırılan eskalatorlardan gedir. Paytaxtda olan əksər piyada keçidlərinə piyadaların rahat düşüb-qalxması üçün eskalatorlarlar quraşdırılıb. Ancaq, bu eskalatorların bəzisi sensorla işləsə də digərlərində belə qurğu quraşdırılmayıb. Elə Xətai rayonu Nobel prospektində olan yerüstü piyada keçidi kimi.

Digər bir yer isə, Nəsimi rayonu Heydər Əliyev sarayının qarşısındakı parkda olan yeraltı piyada keçididir. Burada da eyni vəziyyət var.

Piyadalar deyir ki, burada olan keçiddə eskalatorlar fasiləsiz işlədiyindən eskalator hazırda sıradan çıxıb. Piyadalar məcbur olub pilləkanla qalxmalı olurlar.

Elektrik mühəndisləri isə hesab edir ki, sensorlu istənilən texniki avadanlıq digərləri ilə müqayisədə enerjiyə daha çox qənaət eliyir.

Unikal.org-un məlumatına görə, ''Azəravtoyol'' Açıq Səhimdar Cəmiyyətindən "Xəzər Xəbər"ə bildirilib ki, keçidlər tikinti şirkətləri tərəfindən layihəyə uyğun tikilir və eskalatorlarda onlar tərəfindən quraşdırılır. Eskalatorların nə qədər elektrik enerjisi istifadə etməsi məsələsinə gəldikdə isə, bu da şirkətlərin layihəsində öz əksini tapır. Sensorsuz işləyən eskalatorlar isə, günün pik olmayan saatlarında söndürülür.